Samur–Abşeron suvarma kanalında balıqların tələfi araşdırılır - Fotolar

17:21 - 12 Noyabr 2025

Samur–Abşeron suvarma kanalında balıqların tələfi araşdırılır - Fotolar

Sabunçu rayonunun Maştağa qəsəbəsi, Savalan yaşayış massivindən keçən Samur–Abşeron suvarma kanalında balıqların tələf olması ilə bağlı yayılan görüntülər aidiyyəti qurumlar tərəfindən araşdırılır.


Manset.az xəbər verir ki, bu barədə Balıqçılıq və Akvakultura Mərkəzi məlumat yayıb.

Bildirilib ki, hadisə ilə bağlı Balıqçılıq və Akvakultura Mərkəzi, Aqrar Xidmətlər Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin əməkdaşları əraziyə baxış keçiriblər.

Qeyd edilməlidir ki, Samur–Abşeron suvarma kanalı balıq yetişdirilməsi üçün nəzərdə tutulmayıb.

Ərazidə ilkin sorğular aparılıb, sudan və balıqlardan nümunələr götürülərək müvafiq laborator müayinələrə göndərilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az