Yeni ana olan bacılarına bıçaqla hücum etdilər - Saxlanıldılar

16:31 - 03 Aprel 2026

Yeni ana olan bacılarına bıçaqla hücum etdilər - Saxlanıldılar

Türkiyənin Kırıkkale ərazisində ötən gün doğum edən F.G. ilə onunla birlikdə yaşayan Ö.O.-nun xəstəxanada bıçaqla hücuma uğraması ilə əlaqədar saxlanılıb.



Manset.az xarici mediaya istinadən xəbər verir ki, qadının 3 qardaşı məhkəməyə göndərilib.


Hadisə dünən günorta saatlarında Yüksək İxtisas Xəstəxanasında baş verib. İddialara görə, F.G. adlı qadın, bir il əvvəl sosial mediada tanış olduğu Ö.O. ilə birlikdə yaşamağa başlayıb. Cütlüyün bu əlaqəsindən ötən gün bir uşaq dünyaya gəlib. Qadının bu əlaqəni qəbul etməyən qardaşları P.G. və İ.G., Kayseridən şəhərə gələrək xəstəxanada yeni doğum edən bacıları F.G. ilə Ö.O.-nu yaşanan mübahisə sonrası bıçaqla yaralayıblar.


Xəstə yaxınları hadisəyə müdaxilə etməyə çalışarkən məlumat verildiyi üzrə xəstəxanaya çox sayda polis qrupu göndərilib.


Hadisədən sonra P.G. və İ.G. xəstəxanada saxlanılıb. Hadisə zamanı avtomobildə gözləyən və daha sonra qaçan digər qardaşları E.G. isə Kırşehirdə yaxalanıb. Şübhəlilərin hadisədə istifadə etdiyi 2 bıçağa da əl qoyulub. Eyni xəstəxanada müalicə edilən F.G. ilə Ö.O.-nun vəziyyətlərinin yaxşı olduğu bildirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az