Nizami Rayon İcra Hakimiyyəti və YAP Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikasının Konstitusiyasının qəbulunun 30 illiyi münasibətilə “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının müəllifidir” mövzusunda tədbir keçirilib.
Manset.az xəbər verir ki, tədbirdə
Milli Məclisin deputatları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP
Nizami rayon təşkilatının fəalları, ictimai təşkilatların nümayəndələri, qazilər
və gənclər iştirak ediblər.
Əvvəlcə
tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri
qoyaraq əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Azərbaycan
Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Vətənimizin
azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz
xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə
Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Milli Məclisin deputatları
Tahir Mirkişili, Bəhruz Məhərrəmov, Pərvanə Vəliyeva, Rayon Məhkəməsinin sədri
İlham Kərimli, rayon prokuroru Pərviz İbayev, Rayon Polis İdarəsinin rəisi Ziya
Əliyev, Keşlə “Şah Abbas” məscidinin imamı Sirac Səfərov və YAP Nizami rayon təşkilatının
sədri Ramil Vəlibəyov çıxış ediblər.
Qeyd
olunub ki, 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi ilə Ümummilli Lider Heydər
Əliyevin müəllifi olduğu müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul
olunmuşdur. 30 illik yubileyini qeyd etdiyimiz Azərbaycan Konstitusiyası ölkəmizdə
genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil etməklə
dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması,
hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin,
dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi
kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolunu
oynamışdır. Bu, ölkənin ilk müstəqil Konstitusiyası olmaqla, onun demokratik,
hüquqi və dünyəvi dövlət kimi formalaşmasını təmin edən əsas qanundur.
İlk
Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə
alınaraq, Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanan 1996-cı il 1 noyabr
tarixli Fərmana əsasən hər il noyabrın 12-si ölkəmizdə Konstitusiya Günü kimi
qeyd edilir.
Vurğulanıb
ki, Konstitusiyamızda Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin və ərazi
bütövlüyünün qorunması başlıca niyyətlərdən biri kimi bəyan edilmişdir. Lakin
Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin
30 ilə yaxın işğal altında qalması Azərbaycan Respublikasının suveren
hüquqlarının həmin ərazilərdə tətbiqinə imkan verməmişdir.
Azərbaycan
Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin
müdrik siyasəti, sərkərdəlik məharəti, hərbi-siyasi diplomatiyası və Azərbaycan
Ordusunun şücayəti sayəsində Vətən müharibəsində qazanılmış tarixi qələbə və
2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində
ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş, Azərbaycan
Konstitusiyasının hüquqi qüvvəsi işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar
olmuşdur.
2025-ci
ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin
5-ci ildönümlərini nəzərə alaraq Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin imzaladığı 28 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən
2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan
edilmişdir.
2025-ci
ilin “Konstitusiya və Suverenlik ili” elan olunması Azərbaycan dövlətçiliyinin əsaslarının
daha dərindən dərk edilməsi, gələcək nəsillərə ötürülməsi və eyni zamanda Azərbaycanın
hüquqi və dövlətçilik inkişafının daha da gücləndirilməsi üçün xüsusi əhəmiyyət
daşıyan tarixi bir qərardır.