Azərbaycanın tanınmış jurnalisti, "Euronews" telekanalının müxbiri Türkiyədə yol-nəqliyyat hadisəsi nəticəsində faciəvi şəkildə həlak olub.
Manset.az Trend-ə istinadən xəbər verir ki, bu barədə jurnalistin yaxınları məlumat veriblər.
Emin İbrahimov Azərbaycan jurnalistikasının ən parlaq nümayəndələrindən biri olub.
Onun "Euronews" üçün hazırladığı reportajlar, ələlxüsus da, 2020-ci ilin Vətən müharibəsi günlərində çəkilən süjetləri obyektivliyi və dərin peşəkarlığına görə ona böyük nüfuz qazandırıb.