Qaxın yeni icra başçısı kollektivə təqdim olundu - FOTO

17:21 - 13 Noyabr 2025

Qaxın yeni icra başçısı kollektivə təqdim olundu - FOTO

Qax Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Elvin Paşayev bu gün rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.


Manset.az xəbər verir ki, təqdimatı Azərbaycan Prezidentinin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev edib.

Təqdimatda Zeynal Nağdəliyev çıxış edib və ölkə başçısının tapşırıq və tövsiyələrini çatdırıb.

E.Paşayev ona göstərilən etimada görə minnətdarlıq edib.

Qeyd edək ki, Elvin Paşayev Prezidentin Sərəncamı ilə noyabrın 12-də Qax Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az