Bakıda İnformasiya Texnologiyaları (IT) muzeyi yaradılacaq.
Manset.az xəbər verir ki, bu barədə layihənin təşəbbüskarı Vahid Qasım öz sosial şəbəkə hesabında məlumat verib.
O bildirib ki, bu muzeyin əsas məqsədi köhnə texnologiyaları, qurğuları və məlumat daşıyıcılarını tələbələrin diqqətinə çatdırmaq və onlarda IT-nin köklərinə maraq oyatmaqdır.
Qeyd olunub ki, muzey Bakı şəhəri, Mətbuat prospekti 25 ünvanında (metronun "Elmlər akademiyası" stansiyasının yaxınlığı) yerləşəcək.