Noyabrın 16-dan 2025-2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrində dördgünlük payız tətili başlayacaq.
Manset.az xəbər verir ki, payız tətili 16-20 noyabr tarixlərini əhatə edəcək.
Payız tətilindən sonra ilk dərs günü 21 noyabr tarixinə təsadüf edəcək.
Bu tətil ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil ediləcək.
Qeyd edək ki, payız tətili "Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti"nin təsdiq edilməsi haqqında" Nazirlər Kabinetinin 24 fevral 2020-ci il tarixli 66 nömrəli Qərarının tələblərinə uyğun olaraq müəyyən edilib.