Qubada toy karvanında avtoxuliqanlıq edən avtomobillərin görüntüləri yayılıb.
Manset.az xəbər verir ki, görüntüləri sosial şəbəkədə jurnalist Dəyanət Babayev paylaşıb.
Videoda bir neçə avtomobilin Qubanın mərkəzində bəy-gəlin maşınını müşayiət edərkən yol hərəkəti qaydalarını pozmasını, maşınlardan birində olan şəxsin isə yola pul səpməsini görmək mümkündür.
DİN-in Mətbuat xidmətinin regional bölməsindən bildirilib ki, görüntülərlə bağlı araşdırma aparılır.