Stress şəkər səviyyəsinə necə təsir edir?

01:30 - 16 Noyabr 2025

Stress şəkər səviyyəsinə necə təsir edir?

Dietoloqlar izah ediblər ki, ən böyük təhlükə xroniki stressdir, çünki bu vəziyyət sağlamlığa ciddi zərər vura bilər. Stress təkcə zehni vəziyyət deyil, bütün bədənə təsir edən bir təcrübədir. İnsan stres halında olanda, orqanizmin əsas sistemləri aktivləşir. Məhz buna görə biz həm fiziki, həm də emosional çoxsaylı simptomlar hiss edirik.


Manset.az Lent.az-a istinadən bu xəstəliklə bağlı məlumatları təqdim edir:

Açarları unutmaq və ya böyük auditoriya qarşısında çıxışa hazırlaşmaq kimi vəziyyətlərdə yaşanan kəskin stress həyatın normal və qaçılmaz hissəsidir. Amma xroniki stress insan sağlamlığına mənfi təsir edə bilər. Yəqin ki, stressin fiziki əlamətləri bir çoxlarına tanışdır: həzm problemləri, baş ağrısı, ürək döyüntülərinin artması. Lakin daha az nəzərə çarpan digər əlamətlər də var. Məsələn, diabetdən əziyyət çəkən insanlar stress dövrlərində şəkər səviyyəsini normalda saxlamağın daha çətin olduğunu hiss edə bilərlər. 
Qeyd olunur ki, stress adi hala çevriləndə o, şəkər səviyyəsinə üç əsas yolla mənfi təsir göstərir:

1. Hormon ifrazını artırır
Stress yeni bir hal deyil, lakin bədənimizin stressə reaksiyası müasir həyat tərzi ilə birgə dəyişməyib. Məsələn, iş tapşırığının vaxtı yaxınlaşanda bədən elə reaksiya verir ki, sanki siz vəhşi heyvandan qaçırsınız. Dietoloq Vandana Şet Cureus tibb jurnalında bildirib ki, bu reaksiya bədəndə kortizol və adrenalin kimi stress hormonlarının kəskin şəkildə yüksəlməsinə səbəb olur. Bu hormonların təsiri nəticəsində qanda şəkər səviyyəsi arta və insulin hormonunun işi çətinləşə bilər. Stress yığıldıqca və hormonlar mütəmadi yüksəldikcə, uzunmüddətli dövrdə şəkər səviyyəsinin tənzimlənməsində problemlər yarana bilər. Xroniki yüksək kortizol bədənin qarın nahiyəsində visseral yağ yığmasına gətirib çıxara bilər. Dietoloq Kimberli Rouz-Frensis EXCLI jurnalında yazıb ki, bu vəziyyət insulinin təsirinə qarşı davamlılıq yarada bilər və gələcəkdə artıq çəki, prediyabet və 2-ci tip diabet ehtimalını artırar.

2. Yuxu problemləri

Stress səbəbindən insan bütün gecəni yata bilmir və ertəsi gün həm yorğun, həm də gərgin olur. Amerika Yuxu Tibb Akademiyasının araşdırmasına görə, insanların təxminən 75 faizi deyir ki, stress bəzən, tez-tez və ya daima onların yatmasına mane olur. Təəssüf ki, pis yuxu və stress şəkər səviyyəsinə də mənfi təsir göstərir.

3. Emosional çox yemə ehtimalı
Pereedən insanların çoxu bunu stresslə mübarizə üsulu kimi istifadə edir. Adətən belə vaxtlarda insan salat və ya azkalorili smuzi deyil, dondurma, peçenye, çips kimi şirin və karbohidratlı qidaları seçir. Bunun həm də bioloji səbəbi var. Stress zamanı kortizol ifraz olunur və bu hormon yalnız insulinə davamlılığı artırmır, həm də aclığı və yüksək kalorili qidalara meyli gücləndirir.

Dietoloqlar bildirirlər ki, kifayət qədər yuxu, fiziki aktivlik və sevdiyiniz fəaliyyətlərlə məşğul olmaq stresslə mübarizədə ən təsirli strategiyalardandır. Bu vərdişlər uzunmüddətli dövrdə həm sağlamlığı, həm də şəkər səviyyəsini yaxşılaşdırmağa kömək edir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az