Paytaxtın bu ərazilərində işıq olmayacaq 

09:51 - 18 Noyabr 2025

Paytaxtın bu ərazilərində işıq olmayacaq 

Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinə daxil olan bir sıra ərazilərdə yenidənqurma və təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.


Manset.az xəbər verir ki, bununla bağlı “Azərişıq” ASC məlumat yayıb.

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə bu gün Biləcəri ETSİ ərazisində Transformator Məntəqəsində (TM) yenidənqurma və təmir işləri aparılacaq.

Bununla əlaqədar olaraq saat 10:00-dan 14:00-dək Biləcəri qəsəbəsi Mikayıl Mikayılov və Asəf Zeynallı küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

İşlər başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az