Azərbaycanda bir həftə iş olmayacaq

12:39 - 19 Noyabr 2025

Azərbaycanda bir həftə iş olmayacaq

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar ölkədə bir həftəlik tətil olacaq.


Manset.az Bakıvaxtı.az-a istinadən xəbər verir ki, 2025-ci ilin 29, 30, 31 dekabr və 2026-cı ilin 1, 2, 3, 4 yanvar tarixləri qeyri-iş günləri olacaq.

Belə ki, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2025-ci ilin 29 və 30 dekabr iş günləri 27 və 28 dekabr şənbə-bazar günlərinin yerləri dəyişdiriləcək.

Beləliklə, 29 dekabr 2025-ci ildən 5 yanvar 2026-cı ilədək ölkədə bayram tətili olacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az