Təxminən bir il öncə nazirlik tərəfindən məktəb direktorlarının işə qəbulu ilə bağlı müsabiqə elan olunmuşdur. Nazirliyin açıqladığı qaydalara əsasən, müsabiqə üç mərhələdən ibarət idi: Yazılı imtahan, esse mərhələsi, müsahibə.
Mövcud qaydalara görə, müsabiqə prosesi maksimum 6 ay ərzində yekunlaşmalı idi. Lakin artıq 6 aydan uzun bir vaxt keçməsinə baxmayaraq, müsabiqənin yekun nəticələri hələ də açıqlanmayıb.
Müsabiqənin nəticəsi elan edilmədiyi halda, nazirlik tərəfindən 10 noyabr tarixinə qədər direktorların işə qəbulu üçün imtahansız müraciət pəncərəsi açıldığı barədə açıqlama verilib. Bu qərar imtahanın bütün mərhələlərini uğurla keçmiş yüzlərlə müəllim arasında ciddi narazılıq yaradıb. Digər yandan nazirliyin sanki özlərinə yaxın adamlar üçün imtahansız şərait yaratması barədə iddialar səslənir.
Direktorların işə qəbulu ilə bağlı bir il əvvəl elan edilən müsabiqənin nəticələri nə üçün hələ də açıqlanmayıb? Müsabiqənin nəticələri açıqlanmamışkən, direktorların işə imtahansız qəbuluna dair yeni qərarın verilməsi hansı qanunvericilik bazasına əsaslanır?
Manset.az Konkret.az-a istinadən xəbər verir ki, mövzu ilə bağlı açıqlama verən məktəbşünas, təhsil qanunvericiliyi üzrə ekspert və direktorların və müavinlərin işə qəbulu üzrə hazırlığı həyata keçirən Elşən Qafarov sualları cavablayıb:
Elşən Qafarov Emin Əmrullayevi debata dəvət etdi: “Təhsil sahəsində baş verən dağıdıcı fəaliyyəti müzakirə etmək istəyirəm” Pravda.az
“Bildiyiniz kimi, son 4-5 ildə biz Elm və Təhsil Nazirliyini “imtahan mərkəzi” kimi tanımaqdayıq. Təkcə elm sektorunda 190-a yaxın imtahan keçirilir. Direktorların işə qəbulu da onlardan biridir. İndiyə qədər belə idi ki, şagird sayı 150-qədər olan məktəblər üçün direktorun işə qəbulu bir keçirilirdi. Şagird sayı 150-dən 500-ə qədər olanlar üçün bir keçirilirdi. Şagird sayı 500-dən yuxarı olan məktəblər üçün bir keçirilirdi. Bunların hər biri fərqli formatda idi. Şagird sayı 150-qədər olan məktəblər üçün guya müsahibə yolu ilə keçirilirdi. 150-500 saya, görə test yolu və müsahibə mərhələsi ilə, 500-dən yuxarı olan məktəblər üçün isə test, esse, müsahibə mərhələsi baş tuturdu. Bu proses aylarla davam edirdi. Bəzən müsabiqənin keçirilməsi 1 ildən növbəti ilə keçirdi. 2024-cü ilin oktyabr ayından onlarla, yüzlərlə namizədin şəxsi mesaj qutusuna bildiriş belə gəlmişdi ki, “müsabiqədə uğur qazandınız, tezliklə təyinat alacaqsınız”. O cümlədən də 2025-ci ildə bu proses davam etdi. 2024-cü ilin dekabr ayında şagird sayı 500-dən yuxarı olan məktəblər üçün müsahibə, yanvarda esse müsabiqəsi keçirildi. Həmin esse müsabiqəsinin nəticələri səhv etmirəmsə, sentyabr ayında açıqlandı. Daha sonra isə müsahibə keçirildi. Bunun nəticələri elan olunmamış, imtahan qaydaları dəyişdirildi. Bu prosesin qeyri-şəffaf olmasının açıq göstəricisidir. İndi də yeni qaydalara görə, məktəb direktorlarının işə qəbulu 2 formadadır. Şagird sayı 500-dən az olan məktəblər üçün bir keçirilir. Şagird sayı 500-dən yuxarı olan məktəblər üçün isə bir keçirilir. Guya müsahibə formasındadır. Sənəd verən şəxslərin də böyük əksəriyyətinə imtina gəlib ki, “sənədləri sistemə düzgün yerləşdirməmisiniz”. Hansı ki, birinə deyirlər “əmək kitabçası düzgün yerləşdirilməyib”, digərinə deyirlər “diplomu düzgün yerləşdirmədin”.
Bu, sadəcə olaraq gülüncdür. Elm və Təhsil Nazirliyi bilməlidir ki, elektron hökumət haqqında Azərbaycan Respublikasının qanununa görə, o sənədlər ki, elektron hökumət sistemlərindən əldə etmək mümkündür, bunu artıq şəxsən təqdim etməyə bərabər tutulur. Əmək Məcəlləsinin 48-ci maddəsinin 5-ci hissəsində açıq şəkildə göstərilir ki, bir işçini işə qəbul etmək istəyirsənsə, əgər, elektron hökumət sistemlərində o sənədlər varsa, onu əyani şəkildə tələb edə bilməzsən. Reallıq ondan ibarətdir ki, Elm və Təhsil Nazirliyinin başı imtahan oyunlarına qarışıb. Hər regionun, özünün tədris işləri üzrə direktor müavinlərinin də öz imtahanı var. Hər regionun, özünün 12 regional idarə var və NMR isə 13-cü və ayrı regionaldır. Bir də Bakı şəhər Təhsil İdarəsidir. 14 yerli təhsil idarəetmə orqanı var. Hər birində tədris üzrə müavinin imtahanı ayrı, təşkilatçı müavinin imtahanı ayrı, təsərrüfat üzrə müavinlərin imtahanı ayrı, psixoloqun imtahanı ayrı, kitabxanaçının imtahanı ayrı, laborantın imtahanı ayrıdır. Bunların da hər biri iki mərhələdən ibarətdir. Nəticə etibarilə görün nə qədər rəqəmlər alınır. O cümlədən də direktorların işə qəbulu… Həmçinin, lisey və gimnaziyalara uşaqların qəbulu, müasir metodistlərin işə qəbulu… Elm və Təhsil Nazirliyinin vəzifəsi ölkədə elm və təhsil siyasətini həyata keçirməkdir. İmtahanları həyata keçirmək üçün Dövlət İmtahan Mərkəzi var. Mən düşünürəm ki, ümumiyyətlə Elm və Təhsil Nazirini bu imtahan xəstəliyindən azad etmək üçün birmənalı şəkildə onun imtahan keçirməsi qadağan edilməlidir. Ali rəhbərlik səviyyəsində deyilməlidir ki, Elm və Təhsil Nazirliyinin əsasnaməsi var. Ölkə prezidenti 24 iyul 2023-cü ildə təsdiq edib. Açıq şəkildə orada göstərilir ki, Elm və Təhsil Nazirliyinin vəzifələri hansılardır. Onun imtahan keçirmək vəzifəsi yoxdur. Nazirə bildirmək lazımdır ki, qoy, imtahanlarla Dövlət İmtahan Mərkəzi məşğul olsun. Siz də gedin ölkənin Elm və Təhsil siyasəti ilə məşğul olun. Bu gün təhsil müəssisələrindəki problemlər göz qabağındadır. Çox təəssüf ki, təhsil müəssisələrində sistem dağılıb. Psixoloji iş yox səviyyəsindədir. Ölkənin təhsil büdcəsi yalnız təlimlərə, layihələrə xərclənir. Bu yaxınlarda Elm və Təhsil Nazirliyinin xətti ilə İsrail dövlətinə 50 müəllim, direktor və s. göndərilmişdi. 19 günə 500 min manat pul xərclənib onlara. 500 min manat dövlət büdcəsinin orta hesabla hər bir şəxsə 10 min manat pul xərclənib. Dövlət büdcəsini bu şəkildə boş və mənasız yerə xərcləmək düzgün deyil. Gəlin, onların qiymətləndirilməsini aparsınlar görək, təlim onlara nə verib. Ölkənin təhsil büdcəsi dağıdılır. İmtahanlara da büdcədən nə qədər pul xərclənir. Hər bir imtahan namizədinə150 manatdan, o cümlədən, sertifikasiya məsələlərinə görə 120 manatdan yuxarı pul xərclənir. İmtahanlar da bərbad şəkildədir. Elə bir imtahan yoxdur ki, orada bu və ya başqa formada problem olmasın. Artıq insanların bu imtahanlara inamı itib. Baxmayaraq ki, sənəd verənlərin sayı çoxdur. Bəlkə də fikirləşirlər ki, bu dəfə fərqli olar. Amma şəffaf olacağına artıq inam yoxdur. Bunlar heç bir qanunvericilik aktına sığmır”.
Emin Əmrullayevlə bağlı ŞOK İDDİA: Təhsil eksperti elə şeylər danışdı ki...
14:45 - 20 Noyabr 2025
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
30 İyul 2026 - 13:15
Azərbaycanda dəhşətli qəzada futbolçular öldü - FOTO
29 İyul 2026 - 22:16
Ceyhun Bayramov və Hikmət Hacıyev təxribatçı suallara belə cavab verdi - VİDEO
29 İyul 2026 - 23:36
“Hamı axırıncı manatını götürüb dollar almağa qaçır, 1 həftə sonra satır”
29 İyul 2026 - 23:58
Sabah bu ərazilərdə işıq olmayacaq - XƏBƏRDARLIQ
29 İyul 2026 - 23:16
Dəri törəmələri hansı xəstəliklərin xəbərçisi ola bilər?
29 İyul 2026 - 23:51
"Sabahkı matçda lazımi nəticəni qazanmağa köklənmişik" - Qurban Qurbanov
29 İyul 2026 - 23:24
Dəniz və hovuz mövsümündə qulaq infeksiyalarına DİQQƏT
29 İyul 2026 - 22:33
Tahir Gözel “Qarabağ”la birgə Bolqarıstana getdi - FOTO
29 İyul 2026 - 22:45
Gec saatlarda qidalanma ilə bağlı tövsiyələr
30 İyul 2026 - 00:30
Kişi beyni 32 yaşına qədər inkişaf edə bilər - Yeni araşdırma
30 İyul 2026 - 01:30
Kukurelyanın yeni imici - FOTO
29 İyul 2026 - 23:01
Şəkidə "Yay məktəbi" təşkil olunacaq
Xəbər xətti
- 30 İyul 2026
- 20:49 Prezident və xanımını “Yaşa mənim xalqım”la qarşıladılar - VİDEO
- 20:32 Kiberpolis fişinq şəbəkəsinin daha iki üzvünü saxladı - VİDEO
- 20:14 Beynəlxalq axtarışda şəxs Ukraynadan Azərbaycana gətirilir
- 19:51 “Cəbiş müəllim”in qızından “Rabitəbank”a ETİRAZ - “Bizdən razılıq alınmayıb”
- 19:31 Prezident həmkarları ilə qolf oynadı - FOTOLAR
- 19:17 "Azərbaycan qlobal əhəmiyyətə malik Orta Dəhlizin aparıcı dövlətidir"
- 18:52 46 yaşlı kişi Qarabağ suvarma kanalında batdı - VİDEO
- 18:36 Azərbaycanda AĞIR QƏZA - Ölən var
- 18:19 "Qarabağ"dan qorxmuruq" - SSKA-nın sabiq prezidenti
- 18:10 Bakı Qızlar Universiteti bağlandı
- 18:05 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq
- 17:59 Azərbaycanda bu şəxslərin pensiyası artırıldı
- 17:45 Alıcı kimi evə girib 5000 manatlıq qızılı oğurladı
- 17:23 Kənan Basqala hökm oxundu
- 17:09 Doktorantura ixtisasları artırıldı
- 16:59 FİFA Dünya Kubokundan sonra Argentina barədə araşdırmaya başladı
- 16:55 AZAL-ın Qarsa ilk uçuşu - FOTOLAR
- 16:39 Müjgan Məmmədzadə həbs edildi
- 16:31 Prezidentlə xanımı Qırğızıstana getdi
- 16:18 İbrahim Tatlısesin gəlini yeniliyə imza atdı
- 15:45 "Qalatasaray"da 40 milyon avroluq yeni transfer
- 15:41 Lənkəranda yaşayış evi yandı - VİDEO
- 15:33 Pakistanda bina çökdü - 11 ölü, 6 yaralı
- 15:26 Əlişa qalasında yeni arxeoloji tapıntılar aşkarlandı - FOTOLAR
- 15:23 Evdə yıxılan 36 yaşlı qadın öldü
- 15:23 Robot savaşı başlayır? - ABŞ-nin qərarı Çinlə gərginlik yaratdı
- 15:11 DİN-dən əməliyyat - Həbs edilənlər var
- 14:58 Bu gün “Zirə” ilə “Neftçi”nin oyunu var
- 14:45 Avqustda hava necə olacaq?
- 14:39 Pəncərədən yıxılan 59 yaşlı kişi öldü - Lerikdə faciə
- 14:29 Sabah çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ
- 14:15 "Kinematoqrafçılara sədr Şəfiqə Məmmədova olmalıdır" - Cəmil Quliyev
- 14:13 19 yaşlı qız motosiklet qəzasında öldü
- 14:02 "Polşaya düşən raket böyük ehtimalla Rusiyaya məxsusdur" - Baş nazir
- 13:45 Avropada meşə yanğınlarından minlərlə insan təxliyə edildi
- 13:19 Davudoğlu partiyasını ləğv etdi - Siyasətdən çəkildi
- 13:15 Azərbaycanda dəhşətli qəzada futbolçular öldü - FOTO
- 13:05 Rusiya Ukraynanı raket və PUA-larla vurdu - 8 ölü
- 13:02 Xoşqədəm Hidayətqızı yazır - "Niyə uduzduq...?"
- 13:00 Bu şəxslər xüsusi dövlət rabitəsi ilə təmin olunacaq - FƏRMAN
- 12:55 Yaponiyada zəlzələdə ölənlərin sayı 30-a çatdı
- 12:49 Qarabağ Universiteti ixtisas vebinarları keçirəcək
- 12:49 Sabah hava necə olacaq?
- 12:45 Azərbaycanda bu saytlara məhdudiyyət qoyulacaq - Prezident təsdiqlədi
- 12:43 "Ukraynada 7 bölgədəki hədəfləri vurduq" - Rusiya
- 12:41 "Ana dilimiz milli varlığımızın ən böyük sərvətidir"
- 12:37 Avtobusla toqquşan avtomobilin sürücüsü öldü
- 11:57 ABŞ-dən İrana HÜCUM - Ölənlərin arasında azyaşlı da var
- 11:48 2 uşaq anası evdə ölü tapıldı - Türkiyədə DƏHŞƏT
- 11:39 Pakistanda polis məntəqəsinə silahlı hücum - 9 polis öldü
- 11:26 "Oskar" mükafatlı məşhur aktyora 10 cinsi istismar İDDİASI