Təxminən bir il öncə nazirlik tərəfindən məktəb direktorlarının işə qəbulu ilə bağlı müsabiqə elan olunmuşdur. Nazirliyin açıqladığı qaydalara əsasən, müsabiqə üç mərhələdən ibarət idi: Yazılı imtahan, esse mərhələsi, müsahibə.
Mövcud qaydalara görə, müsabiqə prosesi maksimum 6 ay ərzində yekunlaşmalı idi. Lakin artıq 6 aydan uzun bir vaxt keçməsinə baxmayaraq, müsabiqənin yekun nəticələri hələ də açıqlanmayıb.
Müsabiqənin nəticəsi elan edilmədiyi halda, nazirlik tərəfindən 10 noyabr tarixinə qədər direktorların işə qəbulu üçün imtahansız müraciət pəncərəsi açıldığı barədə açıqlama verilib. Bu qərar imtahanın bütün mərhələlərini uğurla keçmiş yüzlərlə müəllim arasında ciddi narazılıq yaradıb. Digər yandan nazirliyin sanki özlərinə yaxın adamlar üçün imtahansız şərait yaratması barədə iddialar səslənir.
Direktorların işə qəbulu ilə bağlı bir il əvvəl elan edilən müsabiqənin nəticələri nə üçün hələ də açıqlanmayıb? Müsabiqənin nəticələri açıqlanmamışkən, direktorların işə imtahansız qəbuluna dair yeni qərarın verilməsi hansı qanunvericilik bazasına əsaslanır?
Manset.az Konkret.az-a istinadən xəbər verir ki, mövzu ilə bağlı açıqlama verən məktəbşünas, təhsil qanunvericiliyi üzrə ekspert və direktorların və müavinlərin işə qəbulu üzrə hazırlığı həyata keçirən Elşən Qafarov sualları cavablayıb:
Elşən Qafarov Emin Əmrullayevi debata dəvət etdi: “Təhsil sahəsində baş verən dağıdıcı fəaliyyəti müzakirə etmək istəyirəm” Pravda.az
“Bildiyiniz kimi, son 4-5 ildə biz Elm və Təhsil Nazirliyini “imtahan mərkəzi” kimi tanımaqdayıq. Təkcə elm sektorunda 190-a yaxın imtahan keçirilir. Direktorların işə qəbulu da onlardan biridir. İndiyə qədər belə idi ki, şagird sayı 150-qədər olan məktəblər üçün direktorun işə qəbulu bir keçirilirdi. Şagird sayı 150-dən 500-ə qədər olanlar üçün bir keçirilirdi. Şagird sayı 500-dən yuxarı olan məktəblər üçün bir keçirilirdi. Bunların hər biri fərqli formatda idi. Şagird sayı 150-qədər olan məktəblər üçün guya müsahibə yolu ilə keçirilirdi. 150-500 saya, görə test yolu və müsahibə mərhələsi ilə, 500-dən yuxarı olan məktəblər üçün isə test, esse, müsahibə mərhələsi baş tuturdu. Bu proses aylarla davam edirdi. Bəzən müsabiqənin keçirilməsi 1 ildən növbəti ilə keçirdi. 2024-cü ilin oktyabr ayından onlarla, yüzlərlə namizədin şəxsi mesaj qutusuna bildiriş belə gəlmişdi ki, “müsabiqədə uğur qazandınız, tezliklə təyinat alacaqsınız”. O cümlədən də 2025-ci ildə bu proses davam etdi. 2024-cü ilin dekabr ayında şagird sayı 500-dən yuxarı olan məktəblər üçün müsahibə, yanvarda esse müsabiqəsi keçirildi. Həmin esse müsabiqəsinin nəticələri səhv etmirəmsə, sentyabr ayında açıqlandı. Daha sonra isə müsahibə keçirildi. Bunun nəticələri elan olunmamış, imtahan qaydaları dəyişdirildi. Bu prosesin qeyri-şəffaf olmasının açıq göstəricisidir. İndi də yeni qaydalara görə, məktəb direktorlarının işə qəbulu 2 formadadır. Şagird sayı 500-dən az olan məktəblər üçün bir keçirilir. Şagird sayı 500-dən yuxarı olan məktəblər üçün isə bir keçirilir. Guya müsahibə formasındadır. Sənəd verən şəxslərin də böyük əksəriyyətinə imtina gəlib ki, “sənədləri sistemə düzgün yerləşdirməmisiniz”. Hansı ki, birinə deyirlər “əmək kitabçası düzgün yerləşdirilməyib”, digərinə deyirlər “diplomu düzgün yerləşdirmədin”.
Bu, sadəcə olaraq gülüncdür. Elm və Təhsil Nazirliyi bilməlidir ki, elektron hökumət haqqında Azərbaycan Respublikasının qanununa görə, o sənədlər ki, elektron hökumət sistemlərindən əldə etmək mümkündür, bunu artıq şəxsən təqdim etməyə bərabər tutulur. Əmək Məcəlləsinin 48-ci maddəsinin 5-ci hissəsində açıq şəkildə göstərilir ki, bir işçini işə qəbul etmək istəyirsənsə, əgər, elektron hökumət sistemlərində o sənədlər varsa, onu əyani şəkildə tələb edə bilməzsən. Reallıq ondan ibarətdir ki, Elm və Təhsil Nazirliyinin başı imtahan oyunlarına qarışıb. Hər regionun, özünün tədris işləri üzrə direktor müavinlərinin də öz imtahanı var. Hər regionun, özünün 12 regional idarə var və NMR isə 13-cü və ayrı regionaldır. Bir də Bakı şəhər Təhsil İdarəsidir. 14 yerli təhsil idarəetmə orqanı var. Hər birində tədris üzrə müavinin imtahanı ayrı, təşkilatçı müavinin imtahanı ayrı, təsərrüfat üzrə müavinlərin imtahanı ayrı, psixoloqun imtahanı ayrı, kitabxanaçının imtahanı ayrı, laborantın imtahanı ayrıdır. Bunların da hər biri iki mərhələdən ibarətdir. Nəticə etibarilə görün nə qədər rəqəmlər alınır. O cümlədən də direktorların işə qəbulu… Həmçinin, lisey və gimnaziyalara uşaqların qəbulu, müasir metodistlərin işə qəbulu… Elm və Təhsil Nazirliyinin vəzifəsi ölkədə elm və təhsil siyasətini həyata keçirməkdir. İmtahanları həyata keçirmək üçün Dövlət İmtahan Mərkəzi var. Mən düşünürəm ki, ümumiyyətlə Elm və Təhsil Nazirini bu imtahan xəstəliyindən azad etmək üçün birmənalı şəkildə onun imtahan keçirməsi qadağan edilməlidir. Ali rəhbərlik səviyyəsində deyilməlidir ki, Elm və Təhsil Nazirliyinin əsasnaməsi var. Ölkə prezidenti 24 iyul 2023-cü ildə təsdiq edib. Açıq şəkildə orada göstərilir ki, Elm və Təhsil Nazirliyinin vəzifələri hansılardır. Onun imtahan keçirmək vəzifəsi yoxdur. Nazirə bildirmək lazımdır ki, qoy, imtahanlarla Dövlət İmtahan Mərkəzi məşğul olsun. Siz də gedin ölkənin Elm və Təhsil siyasəti ilə məşğul olun. Bu gün təhsil müəssisələrindəki problemlər göz qabağındadır. Çox təəssüf ki, təhsil müəssisələrində sistem dağılıb. Psixoloji iş yox səviyyəsindədir. Ölkənin təhsil büdcəsi yalnız təlimlərə, layihələrə xərclənir. Bu yaxınlarda Elm və Təhsil Nazirliyinin xətti ilə İsrail dövlətinə 50 müəllim, direktor və s. göndərilmişdi. 19 günə 500 min manat pul xərclənib onlara. 500 min manat dövlət büdcəsinin orta hesabla hər bir şəxsə 10 min manat pul xərclənib. Dövlət büdcəsini bu şəkildə boş və mənasız yerə xərcləmək düzgün deyil. Gəlin, onların qiymətləndirilməsini aparsınlar görək, təlim onlara nə verib. Ölkənin təhsil büdcəsi dağıdılır. İmtahanlara da büdcədən nə qədər pul xərclənir. Hər bir imtahan namizədinə150 manatdan, o cümlədən, sertifikasiya məsələlərinə görə 120 manatdan yuxarı pul xərclənir. İmtahanlar da bərbad şəkildədir. Elə bir imtahan yoxdur ki, orada bu və ya başqa formada problem olmasın. Artıq insanların bu imtahanlara inamı itib. Baxmayaraq ki, sənəd verənlərin sayı çoxdur. Bəlkə də fikirləşirlər ki, bu dəfə fərqli olar. Amma şəffaf olacağına artıq inam yoxdur. Bunlar heç bir qanunvericilik aktına sığmır”.
Emin Əmrullayevlə bağlı ŞOK İDDİA: Təhsil eksperti elə şeylər danışdı ki...
14:45 - 20 Noyabr 2025
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
05 Noyabr 2026 - 18:47
Mirziyoyev İlham Əliyevi təbrik etdi
05 Noyabr 2026 - 15:45
Prezident bir qrup media nümayəndəsini təltif etdi - SƏRƏNCAM
05 Noyabr 2026 - 17:22
Bakıda yağış yağır - FAKTİKİ HAVA
05 Noyabr 2026 - 12:53
Ərdoğan Azərbaycana səfər edəcək
05 Noyabr 2026 - 20:07
Bu şəxslər 3600 manat maaş alacaq
05 Noyabr 2026 - 17:51
Prezident bu məşhur aparıcıları da təltif etdi
05 Noyabr 2026 - 13:30
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
05 Noyabr 2026 - 17:48
Azərbaycanda ərli qadını qaçıran evli kişi həbs olundu
05 Noyabr 2026 - 13:24
Azərbaycanda "İkinci əl" avtomobillər yeni prosedurla satılacaq
05 Noyabr 2026 - 13:40
Restoran və kafe işlədənlər üçün yeni güzəşt olacaq
05 Noyabr 2026 - 17:55
Gömrükdə bəyan edilməmiş tibbi mallar ələ keçirildi
05 Noyabr 2026 - 23:11
Azərbaycanın Türkiyədəki səfiri Binəli Yıldırımla görüşdü
Xəbər xətti
- 06 Noyabr 2026
- 12:52 “Kəndlərdə tibb məntəqələrinin çoxu yararsız vəziyyətdədir”
- 12:46 Dağlıq ərazilərə qar yağacaq - PROQNOZ
- 12:41 Prezidentlə xanımı Cəbrayılda
- 12:40 Zəfərin ildönümünə 2 gün qaldı - VİDEO
- 12:37 Vergi borclarına görə hesablanan faizlər iki dəfə azaldıla bilər
- 12:27 AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir - FOTOLAR
- 12:20 "Qarabağ, sən dirçəlirsən!" adlı fləşmob keçirildi - VİDEO
- 12:15 Şəhid ailələri ilə bağlı yeni güzəşt
- 12:10 Bu halda sürücülük vəsiqəsi PULSUZ dəyişdiriləcək
- 12:05 İtaliyada ayda 1 avroya yaşaya bilərsiniz - Yalnız bu şərtlə
- 12:05 Yol polisindən sürücülərə MÜRACİƏT
- 12:00 Trampın Avropadakı ən yaxın siyasi müttəfiqləri ondan uzaqlaşır
- 11:56 Mənzillərdəki elektron cihazlar qeydiyyata alınacaq
- 11:52 Türkiyədə ağır qəza - Ölən və yaralananlar var
- 11:43 Bayram günlərinin geomaqnit hava proqnozu açıqlandı
- 11:37 Türkiyədə zəlzələ baş verdi
- 11:27 Kəmaləddin Heydərov bayramla əlaqədar tapşırıqlar verdi
- 11:20 Gürcüstanda azərbaycanlı qardaşları öldürən şəxs yaxalandı - VİDEO
- 11:13 Əcnəbilər üçün yeni dövlət rüsumları müəyyənləşdi
- 10:55 Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? - Hakim açıqladı
- 10:50 “Azeri Light” bahalaşdı
- 10:45 Cinayətdə şübhəli bilinən 67 nəfər tutuldu
- 10:40 Qoyunlardan qırxılmış yun qeydiyyata alınacaq
- 10:33 Bakıda yüksək vəzifədə çalışmış şəxs qəza törətdi - Qadın öldü
- 10:20 Mingəçevirdə 2 nəfər bataqlıqdan xilas edildi
- 10:10 Bakıda oktyabrda avtobusla 54 milyona yaxın sərnişin daşınıb
- 10:02 İnəkdən sağılan və balalarına içirdilən süd də uçota alınacaq - Yeni qərar
- 09:54 “Omid” mağazalar şəbəkəsinin rəhbəri həbs edildi
- 09:46 Kuryerlər 15 manat vergi verəcəklər
- 09:41 Quba və Qusara qar yağdı
- 09:35 Fatmayıda partlayış - 2 nəfər xəsarət aldı
- 09:20 Gəncədə evdən kişi meyiti tapıldı
- 09:15 Atasından pul oğurlayıb qumar oynayırmış - Məhkəmə bu qərarı verdi
- 09:05 İnterpolla axtarılan şəxs Almaniyadan Azərbaycana gətirildi
- 08:57 Paytaxtın bəzi yollarında sıxlıq var - SİYAHI
- 08:30 Bir neçə vitamini eyni vaxtda qəbul etmək olarmı?
- 08:00 60 yaşdan sonra dost çevrəsinin kiçilməsinin səbəbləri
- 01:30 Bir ayağın qəfil şişməsi ciddi xəstəliyin əlaməti ola bilər
- 00:30 “Liverpul”un qapıçısı klubdan gedir?
- 05 Noyabr 2026
- 23:58 Aeroport yolunda sürət həddi endirildi
- 23:43 Şəkidə 2 maşın toqquşdu - Yaralılar var
- 23:29 Bəzi ərazilərdə işıq olmayacaq - Sakinlərin NƏZƏRİNƏ
- 23:11 Azərbaycanın Türkiyədəki səfiri Binəli Yıldırımla görüşdü
- 23:00 Balakən xəstəxanasına yeni direktor təyin edildi - FOTO
- 22:42 39 yaşlı kişi bıçaqlandı - Qonşusu şübhəlidir
- 22:29 Paraqvay Prezidenti istefa verdi
- 22:16 Zelenski Trampın həyat yoldaşını təltif etdi
- 21:51 Lökbatan hövzəsi üzrə yeni irimiqyaslı layihə - VİDEO
- 21:32 Köhnə sənədlə evini qeydiyyata alanlar rüsum ödəyəcək
- 21:22 Mətbuat Şurası sədrinin müavinləri müəyyənləşdi - FOTO
- 21:16 Ronaldo üçün vida mərasimi keçiriləcək