Nömrəni söküb avtobus zolağına daxil olan maşının sürücüsü SAXLANILDI

16:30 - 25 Noyabr 2025

Nömrəni söküb avtobus zolağına daxil olan maşının sürücüsü SAXLANILDI

Paytaxtın Səbail rayonunda qeydiyyat nişanı olmadan idarə edilən avtomobillə bağlı yayılan görüntülər araşdırılıb.


DİN-in Mətbuat xidmətindən Manset.az-a bildirilib ki, araşdırmalarla “Changan” markalı, 77-EX-* dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən müharibə veteranı E.Xəlilov müəyyən olunaraq saxlanılıb.

Polis əməkdaşları tərəfindən sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi üzrə protokol tərtib olunmaqla barəsində qanunvericiliyə uyğun məsuliyyət tədbirləri görülüb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az