Sabah paytaxtın bu ərazilərində qaz olmayacaq

17:35 - 25 Noyabr 2025

Sabah paytaxtın bu ərazilərində qaz olmayacaq

"Qaz İxrac" İdarəsi tərəfindən yeni çəkilmiş kəmərin mövcud şəbəkəyə qoşulması ilə bağlı noyabrın 26-da saat 9:00-dan işlər başa çatanadək "Baş Ələt" ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.


Manset.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, əmir işləri aparılan müddətdə Qaradağ rayonu, Ələt qəsəbəsinin, Kötəl və Şıxlar yaşayış massivlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az