Bakıda taksi sürücüsü təhlükə törətdi - VİDEO

21:14 - 25 Noyabr 2025

Bakıda taksi sürücüsü təhlükə törətdi - VİDEO

Bakıda taksi sürücüsü ictimai asayişi nümayişkaranə şəkildə pozaraq digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradıb.


Manset.az Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə yayılıb.

Görüntülərdə taksi sürücüsünün yol hərəkəti qaydalarını kobud şəkildə pozduğu və avtoxuliqanlıq etdiyi yer alıb. Avtomobili idarə edən şəxs ətrafdakı insanların həyatı üçün ciddi təhlükə yaratmaqla yanaşı, yaxınlıqdakı maşınlara da ziyan vurub.

Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, sözügedən kadrlarla bağlı araşdırma aparılır.



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az