Kapital Bank yerli maliyyə bazarında yenilikçi yanaşması ilə milyonlarla müştərisinə əlverişli və sərfəli innovativ həllər təqdim edir. Birbank-la rəqəmsal dünyanın üstünlüklərini müştərilərinə əlçatan edən bank, maliyyə savadlılığının artırılması istiqamətində də addımları ilə seçilir. Çünki məlumatlı müştəri ona yaradılan imkanları fürsətə çevirir və banka dəyər qatır. Bəs hansı üstünlüklərdən xəbərdar olmaq müştərilər üçün sərfəli ola bilər?
Limitsiz və komissiyasız köçürmələr
Banka
məxsus 10 milyona yaxın kartdan Birbank kartlarına köçürmələr tamamilə limitsiz
və komissiyasızdır. Birbanklılar öz kartlarından Birbank kartlarına istədikləri
qədər vəsaiti heç bir məhdudiyyət olmadan rahatlıqla göndərə bilərlər. Bu isə
müştərilərə maliyyə azadlığı qazandıraraq onların vaxt və pul itirmədən sürətli
və səmərəli köçürmələr etmələrini təmin edir.
Digər bank kartlarına köçürmə imkanı
Digər
yerli bank kartlarına köçürmə edənlər individual qaydada şəxsi vəsaitlərindən
10 000 manatadək məbləği heç bir komissiya ödəmədən köçürmək şansına sahibdilər.
Bu, müştərilərə maliyyə dünyasının sərhədlərini genişləndirmək və daha sərfəli
şərtlərlə əməliyyatlar aparmaq imkanı verir. Eyni zamanda onların rəqabətədavamlı
bank xidmətlərindən faydalanmalarını təmin edir.
Maliyyə davranışlarına nəzarət
Birbanklılar
Birbank mobil tətbiqindəki şəxsi kabinetlərində bank əməliyyatlarını icra etməklə
yanaşı, limitlərinə və xərclərinə nəzarət edə bilərlər. Bunun üçün mobil tətbiqdə
kart məlumatları bölməsinə daxil olmaq yetərlidir. Maliyyə davranışlarını nəzarətdə
saxlamaq xərcləri optimallaşdırmaq üçün ilk şərtlərdən biridir. Birbanklılar isə
bu üstünlüyə sahibdir.
Əlçatan xidmət şəbəkəsi
Ölkə
ərazisində yerləşən 1190 ədəd Kapital Bank/Birbank bankomatı müştərilərə hər
yerdə maliyyə əlçatanlığı təqdim edir. Bu bankomatlarda 10 milyona yaxın
Birbank kartlarındaki şəxsi vəsaitdən 10 000 manatadək nağdlaşdırma
komissiyasızdır. Mədaxil funksiyalı bankomatlar isə Birbanklılara limitsiz və
komissiyasız mədaxil etmək üstünlüyü verir.
Fürsətlər və güzəştlər
Birbank
taksit kart sahibləri QR ödənişlərdə ikiqat ƏDV bonusu, 24 ayadək taksit və
birdəfəlik ödənişlərdə nağdlaşdırma, eləcə də köçürmələrdə 63 günədək güzəşt
müddəti kimi fürsətlərə malikdir. Birbank Star kredit kartı isə sahibinə maliyyə
azadlığı verir. Bu kartla ürəyincə xərcləyən hər kəs, məbləği həmin ay
qaytararaq əlavə heç bir ödəniş etmir.
Birbanklı olmağın rahat üsulu
Birbank
kartlarını birbank.az saytından, bir sıra supermarketlərdən, “Wolt” tətbiqindən, partnyor
mağazalardan və iri ticarət mərkəzlərində yerləşən xüsusi stendlərdən əldə edib
Birbank tətbiqində aktivləşdirmək olar. Birbanklı olub rəqəmsal maliyyə
dünyasında fürsətlərin qapısını açmaq bu qədər asan və rahatdır.
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 115 filial və 50 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və PAŞA Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz