Abşeron rayonunda yeni tikilən evlər sürətlə satılır və sakinlərin sayı artır. Amma burada ən vacib infrastrukturlardan biri - kanalizasiya xətti, ümumiyyətlə, yoxdur.
Manset.az Baku TV-yə istinadən xəbər verir ki, Məmmədli kəndinin Seyid Əzim Şirvani küçəsində yaşayan sakinlərin sözlərinə görə, hər kəs tullantı sularını öz vəsaiti hesabına həyətlərində qazdırdıqları "şambo"lara axıdır. Lakin bəzi sakinlərin çəkdikləri yeni kanalizasiya xəttini qrunt sularının toplandığı xəttə qoşması vəziyyəti daha da çətinləşdirib.
Bildirilir ki, həmin xətt partlayıb və nəticədə tullantı suları birbaşa yola axaraq ərazidə ciddi antisanitar vəziyyət yaradıb.
"Yol bərbad gündədir, heç kim keçə bilmir. Üfunətdən evə girmək mümkün deyil", - deyə sakinlərdən biri narazılığını ifadə edib.
Daha ətraflı süjetdə: