Almaxanımın iştirak etdiyi veriliş yarımçıq dayandırıldı - Efirdən çıxarıldı

12:11 - 27 Noyabr 2025

Almaxanımın iştirak etdiyi veriliş yarımçıq dayandırıldı - Efirdən çıxarıldı

Bu gün Xəzər TV-də efirə gedən “İncə səhər” verilişi yarımçıq dayandırılıb.


Manset.az Qafqazinfoya istinadən xəbər verir ki, proqramın qonaqları tanınmış müğənnilər - Almaxanım Əhmədli, Pərviz Abdullayev və Namiq Qasımov olub.

Həftəiçi hər gün saat 10:00-dan 12:30-dək davam edən veriliş bu gün saat 11:40-da reklama ayrılsa da, sonradan davam etməyib. Proqramın vaxtından tez yekunlaşması ilə bağlı aparıcı Vüsalə Əlizadə heç bir məlumat verməyib.

Verilişin dayandırılması barədə kanal tərəfindən də hələlik hər hansı rəsmi açıqlama verilməyib.



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az