Sosial şəbəkə şirkətlərinin Türk Dövlətləri Təşkilatına üzv ölkələrdə ofisləri açılmalıdır.
Manset.az xəbər verir ki, bunu Qırğızıstanın Mədəniyyət, İnformasiya və Gənclər Nazirliyinin İnformasiya siyasəti departamentinin baş mütəxəssisi Zarina Kalmuratova Türk Dövlətləri Təşkilatının Media Forumunda deyib.
“Media savadlılığının artırılması çox vacibdir. Media savadlılığı sadəcə dezinformasiyanın həqiqi məlumatdan ayırd etmək bacarığı ilə məhdudlaşmamalıdır. Nəyi işıqlandırmaq olar? Nəyi diqqət mərkəzinə gətirmək olar? Bu suallar ətrafında düşünülməlidir. Qırğızıstanda fake məlumatlardan qorunma qanunu mövcuddur və bu qanun 3 ildir qüvvədədir. Ölkəmizdə qeydiyyatdan keçmiş informasiya agentlikləri hüquqi şəxslərə qarşı dezinformasiya yaydıqda, onların etibarını zədələdikdə, bu agentliklər cəzalandırılır. Lakin bu dezinformasiyalar “Facebook”, “İnstagram”, “TikTok” kimi platformalardan yayıldıqda, təəssüf ki, onlara qarşı bir şey edə bilmirik. Ona görə də düşünürəm ki, sosial şəbəkələrin TDT ölkələrində ofisləri açılsa yaxşı olar”, - qırğızıstanlı ekspert bildirib.