Televiziyalarda monitorinq aparılacaq

13:12 - 08 Dekabr 2025

Televiziyalarda monitorinq aparılacaq

Audioviziual Şura bugünədək televiziya və radio kanallarında reklam çarxlarında əcnəbi sözlərin istifadəsini, demək olar ki, tamamilə qarşısını alıb.


Manset.az Trend.az-a istinadən xəbər verir ki, bunu Audiovizual Şuranın sədri İsmət Səttarov Milli Məclisdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusuna həsr edilən Konfransda çıxışı zamanı deyib.

Sədr bildirib ki, televiziyalarda və radiolarda artıq nadir hallarda reklam çarxlarında xarici sözlərlə rastlaşmaq mümkündür:

“Halbuki 10–15 il əvvəl reklam çarxlarında tez-tez ingiliscə, rusca və ya digər xarici sözlər istifadə olunurdu. Reklam çarxlarının əhəmiyyəti xüsusilə böyükdür, çünki verilişlərdən fərqli olaraq reklamlar hər gün bir neçə dəfə, bəzən illərlə təkrarlanır və sözlər insanların dilinə düşür”.

İ.Səttarovun sözlərinə görə, verilişlərdə və proqramlarda vəziyyət qənaetbəxş deyil:

“Burada həm obyektiv, həm də subyektiv səbəblər mövcuddur. Məsələn, hər gün təxminən 800 saatadək televiziya və radio efir materialını yalnız 6 nəfərdən ibarət Monitorinq şöbəsi izləyir. Fiziki olaraq bu qədər çox materialı həm televiziya, həm də radio üzrə izləmək və qeyd etmək çətindir.

Lakin daha sonra süni intellektlə işləyən bir şirkətlə razılaşdıq. Çox qısa zamanda soft hazırlandı. Hazırda test rejimində işləyir. Biz 40-a yaxın ən çox istifadə olunan əcnəbi sözü siyahısını hazırladıq və proqram vasitəsilə noyabrın ilk iki həftəsində kanalları monitorinq etdik. Nəticədə bu sözlərin sırf aparıcı tərəfindən üç minə yaxın dəfə istifadə olunduğu aşkarlandı. Məsələn, “okey” sözü 104 dəfə işlənib”.

O əlavə edib ki, artıq yanvar ayından etibarən bu sözlərin siyahısı kanallara göndəriləcək:

“İlk 3 ay ərzində aparıcıların istifadə etdiyi sözlər barədə məlumatlar veriləcək. Aparıcılar özləri nəticə çıxarmalıdır. 3 aydan sonra isə Şura “Dil haqqında” Qanundan irəli gələrək müəyyən tədbirlər görəcək. anunda nəzərdə tutulmuş cərimələr 500–1000 manat arasıdır. Biz məqsədli şəkildə medianı cərimə etməyi düşünmürük, onsuz da maddi vəziyyət kifayət qədər çətindir, amma dilin qorunması üçün başqa çıxış yolu yoxdur”.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az