Kapital Bank “Dayan, düşün, dəqiqləşdir” kampaniyası çərçivəsində kiberdələduzluqla mübarizə mövzusunda maarifləndirici təlimlərini davam etdirir. Gəncə şəhərində yerləşən ali məktəblərin ardından bank nümayəndələri bu dəfə Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) qonaq olublar. Universitetin akademik heyəti üçün təşkil edilən təlim ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayevin çıxışı ilə başlayıb. O, çıxışında rəqəmsal mühitdə təhlükəsizlik məsələlərinin aktuallığını vurğulayaraq, bu kimi təşəbbüslərin əməkdaşların məlumatlılığının artırılmasında mühüm rol oynadığını bildirib.
Daha sonra Kapital Bank-ın Fraud halları və rəqəmsal
əməliyyatların araşdırılması şöbəsinin müdiri Nəsib Süleymanov kiberdələduzluğun
geniş yayılan formaları və gündəlik əməliyyatlar zamanı diqqət edilməli məqamlar
haqqında danışıb. Bankın Təhlükəsizlik Departamentinin direktor müavini Emil
Qasımov isə son dövrlərdə artan fırıldaqçılıq halları, istifadəçilərin
qarşılaşdığı risklər və Kapital Bank tərəfindən həyata keçirilən qabaqlayıcı təhlükəsizlik
tədbirləri haqqında iştirakçılara məlumat verib.
Tədbirin yekununda keçirilən interaktiv sual-cavab
sessiyasında isə bank nümayəndələri auditoriyanı maraqlandıran suallara
aydınlıq gətirib.
Qeyd edək ki, maliyyə qurumlarının həyata keçirdiyi
təhlükəsizlik tədbirləri ilə yanaşı hər kəsin kiberdələduzluğa qarşı diqqətli
olması, şəxsi hesablarını qoruması və fərdi məlumatlarını, kartlarını digər şəxlərlə
paylaşmaması olduqca vacibdir. Kartın üzərindəki 16 rəqəmli PAN nömrə, kartın arxasında olan 3 rəqəmli CVV kod və mobil nömrəyə göndərilən 4 rəqəmli
OTP şifrə yalnız kart sahibinə məxsusdur
və bu məlumatları heç kimlə bölüşmək olmaz. Unutmayaq ki, heç
bir bank əməkdaşı müştəriyə sosial şəbəkə hesabından və ya xarici nömrədən zəng
edə bilməz. Kapital Bank adından zəng edən
şəxslərin isə bank əməkdaşı olub olmadığını yoxlamaq olduqca asandır. Bunun
üçün müştərilər zəng edən şəxsdən bank əməkdaşı olduğunu təsdiq edən mesaj tələb
edə bilər. O həqiqətən bank əməkdaşıdırsa vətəndaş Birbank mobil tətbiqində
bunu təsdiq edən bildiriş alır. Bildirişdə qeyd edilir: “Dəyərli Birbanklı, bank məhsulunu təklif edən şəxsin bankımızın əməkdaşı
olduğunu təsdiq edirik. Bizə güvəndiyiniz üçün təşəkkür edirik”. Mobil tətbiqdə
bildiriş alındığı təqdirdə zəng edən şəxslə danışığı davam etdirmək olar, əks
halda zəngi dərhal sonlandırmaq lazımdır.
Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə
daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 115 filialı və 50 şöbəsi ilə
müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat
almaq üçün https://kapitalbank.az saytına, 196 Əlaqə Mərkəzinə
və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Nağd pul krediti sifarişi üçün – https://kbl.az/prgtk, Birbank kartı sifarişi
üçün – https://kbl.az/prcrc.