Anar Bağırov Rumıniyada səfərdədir - FOTO

14:59 - 12 Dekabr 2025

Anar Bağırov Rumıniyada səfərdədir - FOTO

Azərbaycan Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti Rumıniya Vəkillər Kollegiyasının dəvəti ilə Buxarest şəhərinə rəsmi səfərə gedib.


Manset.az xəbər verir ki, səfərin ilk günü nümayəndə heyəti Buxarestin Tey Parkında ucaldılmış Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edib.

Abidənin önünə gül dəstələri qoyulub, Ulu Öndərin əziz xatirəsi böyük ehtiram və dərin hörmətlə anılıb.

Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov da ziyarətdə iştirak edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az