"Müəssisələrdə informasiya və kommunikasiya texnologiyalarından istifadə haqqında" 1 №-li (İKT) illik rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstərişin təsdiq edilməsi barədə" qərara dəyişiklik edilib.
Manset.az Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı Dövlət Statistika Komitəsinin sədri səlahiyyətlərini müvəqqəti icra edən Vahab Məmmədov qərar imzalayıb.
Qərara əsasən, hesabat sahibkarlıq subyekti olan bütün hüquqi şəxslər (onların filial və nümayəndəlikləri), publik hüquqi şəxslər (onların filial və nümayəndəlikləri), büdcə təşkilatları və büdcədənkənar dövlət fondları, bələdiyyələr, qeyri-hökumət təşkilatları və digər qeyri-kommersiya təşkilatları tərəfindən martın 30-dək təqdim edilir.
Sənədə görə, hesabat müddətində aşağıdakılar təqdim olunmalıdır:
1. Müəssisədə mövcud olan kompüterlərin sayı, (ədəd)
- onlardan saz vəziyyətdə olan kompüterlərin sayı.
- lisenziyalı proqram təminatı ilə təchiz edilmiş kompüterlərin sayı Həftədə ən azı bir dəfə kompüterdən istifadə etmiş işçilərin sayı, nəfər.
- onlardan qadınların sayı.
Müəssisədə aşağıda göstərilən şəbəkələrdən hansıları mövcuddur?
- Lokal şəbəkə (LAN)
- Daxili şəbəkə (intranet)
- Xarici şəbəkə (ekstranet)
- Yuxarıda sadalananlardan heç biri mövcud deyil.
2. İnternetdən istifadə olunması
- Hesabat ilində müəssisənin internetə çıxışı olubmu?
- Müəssisədə internetə çıxışı olan kompüterlərin sayı
- Hesabat ilində müəssisədə işləyənlərin ümumi sayından neçə nəfərinin internetə çıxışı olub?
- Onlardan qadınların sayı.
3. İnternetə çıxış üçün hesabat ilində hansı növ qoşulmalardan istifadə edilib?
- Asimmetrik rəqəmsal abunə xətti (ADSL)
- Simmetrik rəqəmsal abunə xətti (SDSL)
- Çox yüksək sürətli rəqəmsal abunəçi xətti (VDSL)
- Kabel modem
- Fiber-optik kabel
- Sabit simsiz qoşulma
- Peyk şəbəkəsi (peyk telefonu, peyk şəbəkəsinin abunəçi peyk terminalı, digər kosmik-peyk rabitə vasitələri)
- Sellülar (mobil) şəbəkə (mobil telefon, data kart, USB modem vasitəsilə qoşulma)
- Digər.
4. İnternetə qoşulmanın maksimal yükləmə sürəti nə qədərdir? (yalnız bir cavab seçilir)
- 30 Mbit/s-dən az
- 30 - 100 Mbit/s-dək
- 100 - 500 Mbit/s-dək
- 500 Mbit/s
- 1 Gbit/s-dək
- 1 Gbit/s və daha çox.
Cədvəllə daha ətraflı şəkildə buradan tanış ola bilərsiniz.