Quba rayon sakini dəm qazından boğulub.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, 41 yaşlı Vüqar Qədirağa oğlu Atayev özünə məxsus Quba rayon Dağlı kəndindəki evdə dəm qazından boğulub.
Onun meyiti hamam otağında aşkar edilib.
Bildirilib ki, V. Atayev Dağlı kənd orta məktəbinin fiziki tərbiyə üzrə rəhbəri və 52 saylı Quba Seçki Dairəsi üzrə 16 saylı seçki məntəqəsinin sədri olub.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.