Minaya düşərək həlak olan “Gizir Xanı”ya şəhidlik statusu verilib.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, sentyabrın 23-ü Ağdamın Mirəşelli kəndi ərazisində minaya düşərək həlak olan Gizir Xanı kimi tanınan Səyyaf Əhmədova mülki şəhid statusu verilib.
S.Əhmədovun ailəsi və yaxınları məlumatı saytımıza təsdiqləyib.
Qeyd edək ki, S.Əhmədov uzun müddət Azərbaycan Respublikasının Silahlı Qüvvələri sıralarında xidmət edib. 44 günlük Vətən müharibəsində də könüllü olaraq döyüşüb.