Bakının bu rayonunda su kəsiləcək

09:07 - 16 Dekabr 2025

Bakının bu rayonunda su kəsiləcək

Bakının Xətai rayonunun bəzi ərazilərində su kəsiləcək.


Manset.az xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.

Bildirilib ki, Xətai rayonu ərazisindən keçən magistral su kəmərində 17 dekabr axşam saatlarında təmir-tikinti işlərinə başlanılacaq, bu səbəbdən rayonun bəzi ərazilərində suyun verilməsində müvəqqəti fasilə yaranacaq. 

“İşlərin 18 dekabr günorta saatlarında yekunlaşacağı planlaşdırılır və axşam saatlarından başlayaraq suyun əvvəlki rejimlə verilməsi bərpa olunacaq”, - məlumatda deyilir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az