Ölkənin ilk rəqəmsal bankı Birbank qarşıdan gələn Dünya
Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müştərilərini
sevindirəcək kampaniyaya start verir. Belə ki, 16 dekabr 2025-ci il tarixindən
4 yanvar 2026-cı ilədək davam edəcək kampaniya müddətində Birbank Visa kart
sahibləri Bakı metrosundan istifadə zamanı gediş haqqının sadəcə yarısını
ödəyəcəklər.
Bayram günlərində şəhərdaxili səfərlərini daha sərfəli etmək
istəyənlər üçün nəzərdə tutulan kampaniyadan yararlanmaq olduqca asandır.
Sərnişinlər metro stansiyalarında ödənişlərini Birbank Visa (debet və ya
taksit) kartlarına bağlı “Apple Pay” və ya “Google Pay” vasitəsilə həyata
keçirməlidirlər. Bu zaman balansdan standart 60 qəpik əvəzinə, cəmi 30 qəpik
silinəcək.
Qeyd edək ki, hər bir istifadəçi kampaniya ərzində bütün kartları
üzrə ümumilikdə maksimum 10 dəfə güzəştli gediş imkanından faydalana bilər. Bu
təşəbbüs bayram ərəfəsində rəqəmsal ödənişləri təşviq etməklə yanaşı,
istifadəçilərin büdcəsinə qənaət edərək bayramı
dolu-dolu yaşamağa imkan yaradır.
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları
təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv
istifadəçisi olan mobil tətbiqi, 115 filial və 50 şöbədən ibarət Azərbaycanda
ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək
ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və
PAŞA Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq
fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı
məlumat almaq üçün birbank.az saytına, 196
Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə
müraciət edə bilərsiniz.