14 yaşında ərə verilən yeniyetmə qız - “Hə cavabıdır, nişan yoxdur” 

09:06 - 17 Dekabr 2025

14 yaşında ərə verilən yeniyetmə qız - “Hə cavabıdır, nişan yoxdur” 

14 yaşlı qızı ərə vermək istədilər. Dərhal qarşısı alındı.


Manset.az Xəzər tv-yə istinadən bildirir ki, Tovuz Rayon Polis Şöbəsinə Yuxarı Öysüzlü kəndində 2011-ci il təvəllüdlü qızın toy mərasiminin keçirilməsi barədə məlumat daxil olub.

Polis əməkdaşları da həmin mərasimin qarşısını alıblar.Qızın anası iddiaları qəbul etməyib. Onun sözlərinə görə, kənd ərazisindəki kafelərdən birində qızının gələcəkdə sözlənməsi üçün "hə" mərasimi təşkil olunub. 

Kafe sahibi də öz növbəsində mərasimin toy olmasını təkzib edib. Sahibkar həmçinin bildirib ki, yeniyetmənin ailəsi ona başqa şəxsiyyət vəsiqəsi təqdim edərək yalnış məlumat verib.
Yeniyetmə özü yaşının 14 olduğunu təsdiq etsə də, o da gələcəkdə ailə qurmaq üçün "hə" mərasiminin keçirildiyini bildirib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


   


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az