Qırmızı
Ürəklər Fondu Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə
“Bayram səbəti” xeyriyyə aksiyasına start verir. 15 dekabr-5 yanvar tarixlərini
əhatə edən aksiyanın məqsədi əhalinin sosial həssas qrupundan olan şəxslərə dəstək olmaq, bayram sevincini
onlarla bölüşməkdir.
Aksiyaya
qoşulmaq istəyənlər vizualda yerləşdirilən QR kodu oxutmaqla, eləcə də Birbank/Kapital
Bank terminallarından, Birbank və m10 mobil tətbiqlərindən asanlıqla ianə edə
bilərlər.
Fond
hər kəsi bu humanist missiyaya qoşulmağa, həmrəylik nümayiş etdirməyə və
ehtiyacı olan ailələrə dəstək olaraq, onlara əsl bayram sevinci yaşatmağa
çağırır.
Qeyd
edək ki, “Red Hearts” – Qırmızı Ürəklər Fondu 2020-ci ildə Kapital Bank-ın bir
qrup əməkdaşı tərəfindən könüllü qrupu olaraq fəaliyyətə başlamışdır. Həmin ildə
dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin
formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası,
təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib
mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”ın ali məqsədi
yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir.
Qırmızı Ürəklər Fondunun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək
sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına daxil ola
bilərsiniz.