Müştərilərinə
daim ən son rəqəmsal ödəniş həlləri təqdim edərək onların gündəlik həyatını
asanlaşdıran Bir ekosistemi daha bir yenilik təqdim edir. Belə ki, ekosistemin
tərkib hissəsi olan və təqdim olunduğu vaxtdan müştərilərə rəqəmsal əməliyyat
imkanları yaradan m10 tətbiqdaxili rəqəmsal kartı ilə də vəsaitlərin istifadəsini
beynəlxalq səviyyəyə qaldırır. Ödəniş sektorunun qlobal texnologiya şirkəti
Mastercard ilə tərəfdaşlıq çərçivəsində təqdim olunan yeni rəqəmsal kart, m10
istifadəçilərinə dünyanın hər yerində rahat ödəniş imkanı tanıyır.
Yeni
m10 rəqəmsal kartının ən vacib özəlliyi odur ki, kartın balansı birbaşa istifadəçinin
mövcud m10 elektron pulqabısı ilə eynidir. Artıq m10-da qeydiyyatdan və üztanıma
identifikasiyasından uğurla keçən istifadəçilər kartı saniyələr içərisində aktivləşdirə bilərlər. Kartdan istifadəyə
başlamaq üçün tətbiqin əsas ekranında olan “Kartı Oyat” düyməsinə klikləmək
kifayətdir. Bu proses bazarda mövcud olan ən sürətli rəqəmsal kart aktivləşdirmək
üsullarından biridir. Yəni, istifadəçilər kartı aktivləşdirdikləri andan etibarən
dərhal ödəniş edə bilərlər.
m10
rəqəmsal kartı ilə istənilən təmassız ödənişləri qəbul edən POS terminallarda
(NFC) ödəniş etmək mümkündür. Kartı “Apple Wallet” və “Google Wallet” mobil
cüzdanına əlavə etməklə ödənişləri internet bağlantısı olmadan da həyata keçirmək
olar.
Onlayn
ödəniş, müxtəlif saytlara kart məlumatlarını əlavə etmək və ya səyahət zamanı
xaricdə alış-veriş kimi bütün imkanlar m10 rəqəmsal kartı vasitəsilə əlçatandır.
Qeyd edək ki, yeni rəqəmsal kartın üstünlükləri ilə yanaşı, m10 cüzdanının digər
mövcud funksiyaları da aktivdir. Belə ki, tətbiqdaxili ödənişlər, QR ödənişlər,
m10 cüzdanları arasında əməliyyatlar, ölkədaxili və xarici pul köçürmələri, eləcə
də və BakıKart ödənişləri kimi bütün üstünlüklər əvvəlki kimi qüvvədə qalır.
Xatırladaq
ki, m10 ötən aylarda Amsterdam şəhərində keçirilən Money 20/20 Europe forumunda
iştirak edərək, Ödəniş sektorunun qlobal texnologiya şirkəti Mastercard ilə
strateji əməkdaşlığa başladığını elan etmişdi. Bu strateji əməkdaşlığın gətirdiyi
üstünlüklər çərçivəsində, m10 rəqəmsal kartı kimi beynəlxalq ödəniş həllərinin
istifadəyə verilməsi daha da rahat həyata keçirilə bilir və bu, Azərbaycanın rəqəmsal
maliyyə həllərinin beynəlxalq arenada tanıdılması üçün mühüm addımdır.
Ətraflı
məlumat üçün link: www.b-b.az/bmdc
Bir
ekosistemi ölkənin aparıcı brendləri olan Birbank, Birmarket, m10 və MilliÖn brendlərini
bir çətir altında birləşdirir. Eyni zamanda ekosistem Trendyol Azərbaycan və
BakıKart kimi strateji tərəfdaşlarla əməkdaşlıq edərək həm təsir dairəsini
genişləndirir, həm də müştəri təcrübəsini zənginləşdirir. Bu inteqrasiya sayəsində
müştərilər partnyor şəbəkəsində və ictimai nəqliyyatda QR ödənişlərdən,
Birmarket-də Birbank vasitəsilə kreditli alış-verişdən, Trendyol Azərbaycan-da
Birbank taksit kartları ilə ödənişlərdən, vahid bonus proqramından və bir çox
digər yenilikçi həllərdən faydalanırlar. Bütün bu imkanlar ekosistemin dörd əsas
konsepti – Vahid giriş, Vahid bonus, Vahid ödəniş və Vahid kredit platforması
üzərində qurularaq müştərilərə sürətli, rahat, sərfəli və təhlükəsiz xidmət təqdim
edir.