Bakıda 14 yaşlı yeniyetmə itkin düşüb.
Manset.az-ın məlumatına görə, Əhmədli qəsəbəsində yaşayan 14 yaşlı Şükürzadə Elcan Vüqar oğlu mobil telefonunu və şəxsiyyət vəsiqəsini evdə qoyaraq yoxa çıxıb.
Məlumata görə, hadisə axşam saatlarında baş verib. Belə ki, Elcanı kimsə evdən çağırıb və bundan sonra onunla əlaqə saxlamaq mümkün olmayıb.
İtkin düşən yeniyetmənin boyu təxminən 1 metr 80 santimetrdir.