Sumqayıt Tibb Mərkəzinin nəzdində 1 nömrəli Şəhər Xəstəxanasının baş həkimi Mətləb Musayev tutduğu vəzifədən azad edilib.
Manset.az Report-a istinadən xəbər verir ki, yanvarın 9-da bununla bağlı Əmr imzalanıb.
Hazırda xəstəxananın baş həkimi vəzifəsinə yeni təyinat yoxdur.
M.Musayev müğənni Mənzurə Musayevanın qardaşıdır.