Bakıda 2 narkokuryer saxlanıldı - FOTO

14:42 - 12 Yanvar 2026

Bakıda 2 narkokuryer saxlanıldı - FOTO

Bakıda polis iki narkokuryeri 5 kq marixuana və 708 ədəd həblə saxlayıb.


Manset.az DİN-ə istinadən xəbər verir ki, Nərimanov Rayon Polis İdarəsi və 16-cı Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı keçirilən sonuncu əməliyyatlar zamanı 57 yaşlı Rauf Əskəroğlu və 26 yaşlı İqbal Əhmədov saxlanılıblar.

    Onlardan ümumilikdə 5 kiloqram 42 qram narkotik vasitə marixuana, heroin, psixotrop maddə metamfetamin, 708 ədəd metadon, preqabalin və digər güclü təsiredici xassəyə malik həblər, eləcə də satış məqsədilə istifadə olunan elektron tərəzi aşkarlanaraq götürülüb.

    Saxlanılan şəxslər narkotikləri sosial şəbəkədə tanış olduqları şəxsiyyəti araşdırılan İran vətəndaşlarından satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.

    Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. Araşdırmalar davam etdirilir.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az