Yuxu rejimini bərpa etməyin effektiv yolu 

01:30 - 13 Yanvar 2026

Yuxu rejimini bərpa etməyin effektiv yolu 

Qış aylarında bir çox insanın müxtəlif səbəblərdən yuxu rejimi pozulur. Onu bərpa etmək üçün yatağa getmə vaxtını tədricən dəyişmək vacibdir. Bu barədə somnoloq həkim Maksim Novikov məlumat verib.


Manset.az Baku.ws-ə istinadən xəbər verir ki, mütəxəssisin sözlərinə görə, yuxunu normallaşdırmağın ən effektiv yolu mərhələli şəkildə əvvəlki rejimə qayıtmaqdır.

"Hər gün 15–30 dəqiqə daha erkən yatmaq və oyanmaq lazımdır," – deyə Novikov izah edib.

Həkim əlavə edib ki, yatmazdan 2–3 saat əvvəl yalnız yüngül axşam yeməyi qəbul edilməli, təxminən yatağa girmədən bir saat öncə isə parlaq ekranlarla təmasdan (telefon, televizor, planşet və s.) uzaq durmaq lazımdır.

Bu, sinir sisteminin gərginliyini azaldır və asan yuxuya getməyə kömək edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az