“ARB” kanalının yayımı dayandırılıb.
Manset.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Audiovizual Şurası məlumat yayıb.
Bildirilib ki, bu barədə qərara bu gün keçirilən iclasda verilib.
Belə ki, iclasda “ARB” kanalının efirində “Media haqqında” Qanunun pozulması faktı müzakirə olunub:
“Yanvarın 10-da kanalın efirində saat 23.00-23.55 arası yayımlanan “Səkkiz” serialında personajlardan biri söyüş məzmunlu ifadələrdən istifadə etmiş və yayım zamanı bu səsləndirmə texniki vasitələrlə məhdudlaşdırılmamışdır. Beləliklə, “Media haqqında” Qanunun 14.1.6-cı maddəsinin tələbinin (əxlaqdankənar leksik (söyüş) məzmunlu söz və ifadələrdən, jestlərdən istifadəyə yol verilməməlidir) pozulması halı baş vermiş və pozuntu faktı Audiovizual Şuranın mütəxəssisləri tərəfindən təsbit olunmuşdur.
Qeyd olunanlar nəzərə alınaraq Audiovizual Şuranın üzvləri “ARB” kanalına qarşı sanksiya tətbiq edilməsi və kanalın yayımının 15 yanvar tarixində 3 saatlıq dayandırlması barədə qərar qəbul etmişlər”.