Bu ərazilərə qar yağır - Faktiki hava

21:23 - 13 Yanvar 2026

Bu ərazilərə qar yağır - Faktiki hava

Milli Hidrometeorologiya Xidmətinin yanvarın 13-ü saat 20:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur.


Xidmətdən Manset.az-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Naxçıvan, Şərur, Ordubad, Culfa, Sədərək, İsmayıllı, Qobustan, Quba, Qusar, Xaçmaz, Şəki, Ağsu, Şamaxı, Cəfərxan, Neftçala, Şirvan, İmişli, Göyçay, Ağcabədi, Kürdəmir, Hacıqabul, Biləsuvar, Ağdam, Bərdə, Yardımlı, Lerik, Lənkəran, Astarada yağış, Şahbuz, Kəlbəcər, Laçın, Qubadlı, Şahdağda isə arabir qar yağır.

Hazırda bir sıra ərazilərdə qərb küləyi əsir. Küləyin maksimal sürəti Lerikdə 18, Salyan və Neftçalada isə 20 m/s-yə çatır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az