Birbank-ın Yeni il lotereyasının bitməsinə çox az qalıb.
Artıq 3 000 000-a yaxın Birbanklı lotereyanın əsas mükafatı olan mənzili və
minlərlə hədiyyəni qazanmaq şansına sahibdir. Elə indicə bu fürsəti
dəyərləndirməyin vaxtıdır.
17 noyabr 2025-ci il – 31 yanvar 2026-cı il tarixləri
arasında keçirilən lotereyada iştirak etmək üçün sadəcə Birbank debet, Birbank
taksit və Birbank Star kartları ilə ödəniş etmək yetərlidir.
Ümumilikdə 10 000 qalibin seçiləcəyi lotereyada 9 nəfər “iPhone 17 Pro”, 20 nəfər “Apple Watch SE2”, 40 nəfər “AirPods Pro”, 30 nəfər 500 AZN dəyərində səyahət paketi, 9900
nəfər isə müxtəlif sayda bonuslar
qazanacaq. Lotereyanın superprizi olan Sea
Breeze-də “Park Lane” yaşayış kompleksində yerləşən mənzilə isə 1 nəfər sahib olacaq.
Lotereyada iştirak üçün qeydiyyat tələb olunmur. Müvafiq
əməliyyatlara görə biletlər avtomatik təyin olunur və müştərilər biletlərini
Birbank mobil tətbiqində “Yeni il lotereyası” bölməsində izləyə bilərlər. Daha
çox ödəniş daha çox şans deməkdir.
Birbanklılar mobil tətbiq daxilində tapşırıqları
tamamlayaraq biletlərinin sayını daha da artıra bilərlər. Bunun üçün Birbank
mobil tətbiqində “Bizdən sizə” bölməsinə daxil olaraq “Yeni il lotereyası”na
keçmək lazımdır. Burada isə iştirakçıları əlavə biletlər qazandıran tapşırıqlar
gözləyir. Birmarket-də alış-veriş isə biletlərin sayını 10 qat artırır.
Lotereyada 18 yaşdan yuxarı bütün Azərbaycan vətəndaşları iştirak edə bilərlər.
Qeyd edək ki, bir müştəri bir dəfə qalib ola bilər.
Qaliblər 23 fevral 2026-cı il tarixində Birbank-ın rəsmi
sosial media kanallarında canlı yayım vasitəsilə təsadüfi üsulla seçiləcək.
Ətraflı
məlumat üçün: www.b-b.az/nylpr/
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim
edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv
istifadəçisi olan mobil tətbiqi, 115 filial və 52 şöbədən ibarət Azərbaycanda
ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək
ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və
PAŞA Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq
fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı
məlumat almaq üçün Birbank.az
saytına,
196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə
müraciət edə bilərsiniz.