"Şamaxinka"da hərəkət növbəliliyinin tənzimlənməsi üçün yeni işıqforlar quraşdırılır.
Manset.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Bildirilib ki, Yasamal rayonu, Moskva prospektinin "Şamaxinka" adlanan yol sahəsi işıqforlarla tənzimlənəcək.
"Bu məqsədlə hərəkətin təşkilində edilən dəyişikliklərlə əlaqədar DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən yolda yeni işıqfor dirəkləri quraşdırılıb, kabel-kommunikasiya xətlərinin çəkilişi işləri aparılır.
Qeyd edək ki, görülən işlər Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) layihəsi əsasında həyata keçirilir", - məlumatda qeyd olunub.