Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Ağsuda “Ticarət və xidmət sahəsində mövcud imkanlar, çətinliklər və perspektivlər” mövzusunda sahibkarlarla görüş təşkil edib.
Manset.az xəbər verir ki, tədbirdə Ağsu Rayon İcra Hakimiyyəti, Azərbaycan
Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Dövlət
Vergi Xidməti, “Azəriqaz” İstehsalat Birliyi, İqtisadiyyat Nazirliyinin Dağlıq
Şirvan Regional Bölməsi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları
Milli Konfederasiyası, Azərbaycan Banklar Assosiasiyası, Müvəkkil kredit təşkilatları
ilə yanaşı “Azərişıq” ASC-nin müvafiq qurumları iştirak edib.
“Azərişıq” ASC-nin ASAN Xidmətlə İş
Departamentinin direktoru İnam Yusifov, Ağsu Elektrik Şəbəkəsinin (EŞ) rəisi Müşviq
Heybətov tədbirdə iştirak edən 30-dək sahibkarla ticarət və xidmət sahəsində yaranan
və ya yarana biləcək çətinlikləri müzakirə ediblər. Həlli mümkün olan bir çox problemlər
yerindəcə həll edilib. Həmçinin müvafiq lazımi qeydlər aparılıb.
Qeyd edək ki, “Azərişıq” ASC fermer və
sahibkarların rahat fəaliyyəti, yaranan çətinliklərin aradan qaldırılması məqsədilə
regionlarda mütəmadi görüşlər təşkil edir. Onların təklif, tövsiyələri dinlənilir,
mövcud problemlərinin həlli istiqamətində işlər aparılır.