Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Bəyimli kəndində qanunsuz ov edən rayon sakini Səyyab İsrafilov saxlanılıb.
Bu barədə Manset.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Həmin şəxsdən müvafiq sənədləri olmayan “Toz” markalı ov tüfəngi aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.