logo
logo logo
logo

Zelenski 3 əsas vəzifəni Umerova tapşırdı

19:29 - 23 İyul 2026

Zelenski 3 əsas vəzifəni Umerova tapşırdı

Ukrayna Prezidenti Volodimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının hazırkı katibi Rüstəm Umerovun qarşısında duran əsas vəzifələri açıqlayıb.


Manset.az xəbər verir ki, bu barədə o, Kiyevdə İrlandiya Baş naziri Mixol Martinlə keçirdiyi birgə mətbuat konfransında danışıb.

“Rüstəm Umerovun üç əsas vəzifəsi olacaq: danışıqlar, müharibənin başa çatdırılması üzrə fəaliyyətin koordinasiyası, “drone deal” (“Freya” adlı antiballistik proqram)”, - prezident deyib.

Zelenskinin sözlərinə görə, əgər bu layihələr beynəlxalq tərəfdaşların dəstəyi ilə uğurla həyata keçirilərsə, bu, Ukraynanın müdafiəsi üçün tamamilə yeni mərhələ ola bilər.

Bununla yanaşı, o, Rüstəm Umerovun hazırkı postundan ayrıldıqdan sonra hansı vəzifəyə təyin olunacağını dəqiqləşdirməyib.

Xatırladaq ki, Rüstəm Umerov 2025-ci il iyulun 18-də Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi təyin edilib. Zelenski 2026-cı il iyulun 17-də keçmiş daxili işlər naziri İqor Klimenkoya şuranın katibi vəzifəsini təklif edib. Amma bununla bağlı prezidentin fərmanı hələ də dərc olunmayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az