Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) "Hürriyyət" qəzeti və "Hürriyyət TV"də keçirdiyi əməliyyat zamanı saxlanılan baş redaktor Vüqar Məmmədovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.
Manset.az APA-ya istinadən xəbər verir ki, Səbail rayon Məhkəməsində keçirilən prosesdə bununla bağlı qərar elan olunub.
Qərara əsasən, Vüqar Məmmədov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 4 ay uzadılıb.
Qeyd edək ki, Vüqar Məmmədov ötən ilin oktyabrın 30-da Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) "Hürriyyət" qəzeti və "Hürriyyət TV"də keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.