Qurban Qurbanov stadionda qarın təmizlənməsinə kömək etdi - VİDEO

15:01 - 10 Fevral 2026

Qurban Qurbanov stadionda qarın təmizlənməsinə kömək etdi - VİDEO

Misli Premyer Liqasının 19-cu turu çərçivəsində baş tutacaq "Şamaxı"-"Qarabağ" qarşılaşması ərəfəsində stadionda qardan təmizləmə işləri aparılır. Qarlı hava şəraitinə baxmayaraq, meydanın oyuna hazır vəziyyətə gətirilməsi üçün işlər fasiləsiz davam edir.


Manset.az xəbər verir ki, diqqətçəkən məqamlardan biri isə "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanovun da prosesə qoşulması olub. Təcrübəli mütəxəssis stadion əməkdaşları ilə birlikdə qarın təmizlənməsində iştirak edib.

Qurban Qurbanovun bu anlarını əks etdirən görüntülər jurnalist Şakir Eminbəyli tərəfindən sosial şəbəkələrdə paylaşılıb və qısa zamanda maraq doğurub.





Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az