İnnovasiya
lideri Bakcell və Azərbaycan Respublikasının Gənclər Fondu Qarabağ
Universitetində “İnnovasiya və Süni İntellekt” təqaüd proqramına dair məlumatlandırma
görüşü keçirib.
Görüşdə
universitetin tələbələrinə proqramın məqsədi, seçim meyarları, təlim istiqamətləri
və ümumi proses barədə ətraflı məlumat verilib, daha sonra isə onları
maraqlandıran suallar cavablandırılıb.
Qeyd
edək ki, gənclərin proqram haqqında daha dolğun məlumat əldə etməsinə töhfə verən
məlumatlandırma görüşləri növbəti günlərdə Azərbaycan Dövlət Neft və Sənaye
Universiteti, Azərbaycan-Fransız Universiteti və Azərbaycan Dövlət İqtisad
Universitetində keçiriləcək.
Təqaüd proqramı çərçivəsində seçilmiş iştirakçılar süni intellekt, data
analitikası, proqramlaşdırma və UI/UX dizayn kimi gələcəyin peşələri üzrə
praktiki təlimlərə cəlb olunacaqlar. Proqram müddətində ümumilikdə 150 gəncin
bu imkanlardan yararlanması nəzərdə tutulur.
Bu
təşəbbüs Bakcell və Gənclər Fondunun birgə tərəfdaşlığı çərçivəsində gənclərin
potensialının üzə çıxarılmasına, innovasiya ekosisteminin gücləndirilməsinə və
regionda gənc mütəxəssislərin formalaşmasına töhfə verməyi hədəfləyir.
Təqaüd
proqramına müraciət etmək istəyən 18–29 yaş aralığında və İT sahəsi üzrə baza
biliklərinə malik gənclər link vasitəsilə 1 mart tarixinədək
qeydiyyatdan keçə bilərlər. Proqrama indiyədək 1600-dən çox müraciət daxil
olub.
Bakcell
haqqında
Bakcell
Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət
üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri
ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük
investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın
dayanıqlı inkişafına töhfə verir.
Bakcell
müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti
sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər
qrupunun tərkibinə daxildir.