“Kontakt” mağazalar şəbəkəsinin “Qoşa seç, 100 000 apar” kampaniyasında ilk final gecəsi ikiqat sevinc yaşandı. Cəmi iki həftə əvvəl start götürən kampaniyada 100 000 AZN-lik böyük mükafat bir gündə – eyni səhnədə iki qalibə qismət oldu.
Paytaxtın izdihamlı məkanlarından biri
olan “Gənclik Mall”da yüzlərlə insanın canlı şahidliyi ilə keçirilən finalda hamının
gözü səhnədə idi. Səhnədə isə üç finalçı, stenddə iki zər, fonda isə yüz minlik
həyəcan var idi.
Günün ilk atışı Hacıqabul sakini Bəybala
Babayevlə başladı. Və budur: Bəybala bəyin zərləri fırlanıb öz seçdiyi qoşa
rəqəmdə dayandı. Qalib böyük pul mükafatı qazanmaq sevincini isə özünəməxsus
yumorla belə ifadə edib:
“Telefonun insanların həyatını dəyişdiyini
deyirdilər, beləsi heç olmamışdı. Bir telefon aldım, həyatım dəyişdi”
Alqışlar səngiməmiş ikinci möcüzə baş
verdi. Tələbə təqaüdü ilə anasına telefon alan Cavani Qarayev ən böyük
arzusunun – anasına ev almaq istəyinin verdiyi inamla zərləri atdı və zərlər
onun “sözünə baxdı”. Gənc qalib:
“Qoşa düşəndə nə baş verdiyini anlaya
bilmədim, sadəcə bir anlıq anama olan o vədimin reallığa çevrildiyini təsəvvür
etdim. O an həqiqətən, anladım ki, niyyət çox vacibdir” –
deyərək hər kəsi duyğulandırdı.
Xüsusi olaraq vurğulayaq ki, bu il “Qoşa
seç, 100 000 apar” kampaniyasının əsas fərqi iştirakçılara verilən seçim
azadlığıdır; burada uduşlu qoşanı bəxt deyil, müştərinin özü müəyyən edir. Üstəlik,
builki qaydalara əsasən, qazanılan məbləğlər artıq itirilmir və müştəridə
qalır.
Şəbəkənin 100 000 AZN-lik mükafatı
qazanılan final tədbiri bitsə də, böyük uduşlar marafonu tam sürəti və eyni mükafat
məbləği ilə davam edir. Növbəti pul mükafatı elə sizin seçdiyiniz həmin qoşa rəqəmində
gizlənmiş ola bilər.
Şərtlər barədə daha ətraflı məlumat üçün
bu keçidə
daxil ola bilərsiniz.