Vüsal Nəsirli institut və laboratoriyanın fəaliyyətini nəzərdən keçirdi - FOTO

09:55 - 02 Mart 2026

Vüsal Nəsirli institut və laboratoriyanın fəaliyyətini nəzərdən keçirdi - FOTO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Vüsal Nəsirli Xırdalan şəhərində yerləşən Agentliyin “Azəryolelmitədqiqatlayihə” İnstitutu MMC-də və cəmiyyətin tərkibində fəaliyyət göstərən Təcrübə-Sınaq Laboratoriyasında olub, onların fəaliyyətini nəzərdən keçirib.


Manset.az xəbər verir ki, “Azəryolelmitədqiqatlayihə” İnstitutunun direktoru Azər Nemətli cəmiyyətin fəaliyyəti, həyata keçirilən layihələr və laboratoriyada aparılan sınaqlar barədə ətraflı məlumat verib.

İdarə Heyətinin sədri Vüsal Nəsirli cəmiyyətin fəaliyyətinin müasir standartlara uyğun təşkili, elmi-texniki potensialın gücləndirilməsi və iş prosesinin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyə və tapşırıqlarını verib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az