Saray qəsəbəsində 15 kq narkotik aşkarlandı 

17:08 - 03 Mart 2026

Saray qəsəbəsində 15 kq narkotik aşkarlandı 

Abşeron Rayon Polis İdarəsi Saray Polis Bölməsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirib.


Daxili İşlər Nazirliyindən Manset.az-a verilən məlumata görə, tədbir zamanı saxlanılan 38 yaşlı Fərid İskəndərovdan 14 kiloqram 641 qram narkotik vasitə olan marixuana, 241 qram psixotrop maddə metamfetamin, həmçinin 100 ədəd güclü təsiredici xassəyə malik metadon həbi aşkarlanıb.

F. İskəndərovun narkotik vasitələri paytaxt və Abşeron rayonu ərazisində müxtəlif ünvanlara yerləşdirərək satışını təşkil etmək istədiyi məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az