Metroda bu istiqamətdə hərəkət qrafiki yenilənir - FOTOLAR

20:28 - 03 Mart 2026

Metroda bu istiqamətdə hərəkət qrafiki yenilənir - FOTOLAR

Martın 4-dən “Bakmil” stansiyasına və əks istiqamətə qatarların hərəkət cədvəlinə dəyişikliklər tətbiq edilir.


Manset.az xəbər verir ki, bu haqda “Bakı Metropoliteni” QSC məlumat yayıb.

Bildirilib ki, sınaq müddətində “Nərimanov– Bakmil” sahəsində hərəkət edən sərnişinlər üçün yenilənmiş qrafik təqdim olunur.

“Bakı metropoliteninin Yaşıl və Qırmızı xətlərində sərnişinlərə xidmət keyfiyyətinin yüksəldilməsi ilə bağlı yeni hərəkət qrafikinin sınaqlarına başlanılır. Burada əsas məqsədlərdən biri günorta saatlarında sərnişin axınının tələbata uyğun tənzimlənməsidir. Sınaqların gedişi və qeyd olunan istiqamətdə qatarların hərəkət cədvəli ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək”, - deyə əlavə edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az