Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir 

10:58 - 08 Mart 2026

Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir 

Bu gecə Azərbaycanda ramazan ayının ehtimal edilən ilk Qədr (əhya) gecəsidir.


Manset.az oxu.az-a istinadən xəbər verir ki, bu il ilk Qədr gecəsi ramazan ayının 18-dən 19-na, yəni martın 8-dən 9-na keçən gecəyə təsadüf edir.

Qeyd edək ki, Qədr gecəsi Allahın kitabı Quranın nazil olmağa başladığı gecədir. Qurani-Kərim İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə nazil olub.

Xatırladaq ki, ramazan ayı Azərbaycanda fevralın 19-da başlayıb. Şəvval ayının 1-i, yəni martın 20-də Ramazan (Fitr) bayramı olacaq.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az